Tramp Putinə: “Azərbaycana görə narahat olma” | VİDEO

   Tramp Putinə:    “Azərbaycana görə  narahat olma” | VİDEO
  20 Noyabr 2025    Oxunub:1684
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ermənistan və Azərbaycanla bağlı “narahat olmamağı”, Ukrayna ilə müharibəyə son qoymağı tövsiyə etdiyini bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri Azərbaycan-Ermənistan məsələsinin uzun illər davam etdiyini xatırladıb.

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Rusiya lideri Vladimir Putin zəng vuraraq, onun bu münaqişəni həll etdiyinə inana bilmədiyini deyib: “Biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”.

Bunun cavabında Amerika lideri ona Rusiya-Ukrayna müharibəsinə son qoymağa imkan verilməsinin vacibliyni diqqətə çatdırıb.

“Mən dedim ki, narahat olmayın, icazə verin, sizin lənətə gəlmiş müharibənizi yoluna qoyum. Sizin mənim köməyimə ehtiyacınız yoxdur, mənim heç bir köməyə ehtiyacım yoxdur, sizin müharibənizlə bağlı köməyə ehtiyacım var”, - Vaşinqtonda ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı Tramp Putinlə telefon danışıqlarından birinin məzmununu açıqlayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Azərbaycan  



Xəbər lenti